Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub - - VİDEO
Bizi izləyin

Nida Xəbər

Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub - - VİDEO

Niderlandın Haaqa şəhərində Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub.

Publika.az xəbər verir ki, Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın hadisənin ötən gecə baş verdiyini bildirib.

Dərnəyə basqın edən şəxslər ofisin pəncərələrini qırıblar. İ. Aşkın qeyd edib ki, kamera görüntülərinə görə, ofisə basqın edən 4 nəfər olub. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda araşdırma aparılır.

Diaspor rəhbəri həmçinin bildirib ki, Afrin əməliyyatından sonra Niderlandda türk millətindən olan şəxslərə və onların məscidlərinə ardıcıl hücumlar olur (APA).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm