Nida Xəbər
Azərbaycan və Ermənistan sənədə prinsipial razılıq verdi – Moskva AÇIQLADI
Azərbaycan və Ermənistan Qarabağda müşahidəçilərin missiyasının genişləndirilməsi haqqında sənədə prinsipial razılıq verib.
Publika.az xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı ATƏT-in Minsk qrupunun başqa həmsədr ölkələri ilə birlikdə təmas xəttində gərginliyin azaldılmasını fəal dəstəkləyir və münaqişə zonasında ATƏT-in müşahidəçilərinin missiyasının genişləndirilməsinə yönəlik səylərə təşəbbüs edir”, - o deyib.
O xatırladıb ki, mövzu 2016-cı ilin iyununda Rusiya prezidentinin Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdiyi Sankt-Peterburq görüşündə, həmçinin ötən ilin noyabrında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvana səfərlərində müzakirə edilib.
“ATƏT çərçivəsində əlavə müşahidəçilərin fəaliyyətini tənzimləyən sənədin bir neçə variantı hazırlanıb”, - diplomat qeyd edib.
Zaxarovun sözlərinə görə, bu il yanvarın 18-də Polşanın Krakov şəhərində iki ölkənin xarici işlər nazirlərinin görüşündə həmsədr ölkələr tərəfindən yenilənmiş təkliflər verilib: “Nazirlər vasitəçilər tərəfindən hazırlanmış sənədə prinsipial razılıq verdilər. Bəzi texniki detallar qalıb. ATƏT-in müşahidəçilərinin sayının artırılması mexanizmi işə düşməzdən əvvəl tərəflər bunu razılaşdırmalıdır”.
Ömər
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ