Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Amnistiya aktının qəbul edilməsi təklif olunur - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Amnistiya aktının qəbul edilməsi təklif olunur - (YENİLƏNDİ)

“Bu il AXC-nin 100 illiyidir. Bununla bağlı ölkə başısı sərəncam imzalayıb və bu səpkidə işlər aparılır”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, bu il eyni zamanda, dövlət müstəqilliyinin qorunub saxlanmasında, üçrəngli bayrağımızın qaldırılmasında əvəzsiz xidmətləri olan və Azərbaycanda hüquqi demokratik dövlət quran Ulu Öndərin anadan olmasının 95 illiyidir: “Bununla bağlı tədbirlər planına məsələlər daxil edilməlidir. Ümumilli liderimizin əsas fəaliyyəti dövründə prinsipi ölkədə humanizm yaratmaq olub. Məhz 1995-ci ildən 2018-ci ilədək istər Ulu öndərin, istərsə də Prezident İlham Əliyevin hakimiyyəti dövründə 63 əfv və 11 Amnistiya aktı qəbul edilib.

Qeyd etmək olar ki, hər bir deputat amnistiya təşəbbüsü ilə çıxış edə bilər. Bağışlanmaq hüququ Allaha və ölkə başçısına həvalə edilib, lakin yuxarıda qeyd olunanları nəzərə alaraq bütün deputatların adından bu təşəbbüsü öz üzərinə götürməyi xahiş edək. Bu həm 100 illiyə, həm də 95 illiyə verilən qiymət ola bilər. Bu amnsitiya aktı digərlərindən fərqlənməlidir”.

S.Novruzovun sözlərinə görə, qeyd etdiyi Amnistiya aktının əhatə dairəsi geniş olmalıdır: “Bu amnistiya aktı ilk növbədə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə şamil olunsun. Həmçinin yaşı 60-dan yuxarı olan qadınlara tətbiq oluna bilər. Himayəsində azyaşlı uşaqları olanlar da bu aktdan bəhrələnə bilər. Amnistiya aktı yaşı 70-dən yuxarı olan bütün kişlərə də tətbiq oluna bilər. Radikal cərəyanlara qoşulmayan dindar şəxslər də bu aktdan bəhrələnə bilərlər. Müxtəlif radikal qurumların və ayrı-arı reputasiyalı, beynəlxalq təşkilatların təsirinə düşüb bilmədən cinayət törədən gənclər var ki, onlara da tətbiq oluna bilər. Hesab edirəm ki, buna da biz nəzər salmalıyıq. ATƏT, NATO və AŞ PA-da müəyyən qruplar var ki, ölkəmizin nüfuzunu gözdən salmaq üçün müxtəlif bəhanələrlə ölkəmizin inkişafına kölgə salmağa çalışırlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm