Türkiyədə Azərbaycana qarşı ŞOK ADDIM: bu mərkəz Ermənistan bayrağına BÜRÜDÜLDÜ - FOTO
Bizi izləyin

Nida Xəbər

Türkiyədə Azərbaycana qarşı ŞOK ADDIM: bu mərkəz Ermənistan bayrağına BÜRÜDÜLDÜ - FOTO

İstanbulda Maltəpə bələdiyyəsinə məxsus Mədəniyyət Mərkəzi Ermənistanın bayrağına uyğun bəzədilib.

Publika.az
xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

G.Göksel qeyd edib ki, Maltəpə bələdiyyəsi CHP-nindir: “Burada bələdiyyə sədri CHP-dən olan Ali Kılıçdır. Tuncelidə anadan olan Ali Kılıç gənclik illərini Almaniyadakı sosialist qruplar arasında keçirib, daha sonra Türkiyəyə qayıdaraq, CHP-yə qoşulub. 2014-cü ildə İstanbul Maltəpə bələdiyyəsinin sədri seçilib. Seçildiyi gündən azlıqlarla yaxın əlaqələr qurmağa çalışıb, Maltəpədə kilsə inşa etmək istəyənlərə dəstək verəcəyini deyib. 2015-ci ildə bələdiyyə əməkdaşlarına Yeni İl bayramı münasibətilə “Neol tətili” adı altında tətil verib. Bələdiyyə sədri Ali Kılıçın xristian və azlıq sevgisinin haradan gəldiyini anlaya bilmirik”.



G.Göksel bələdiyyə sədrindən Mədəniyyət Mərkəzindəki erməni bayrağına uyğun bəzəkləri sökməyi tələb edib.

“Əgər bunu etməsə, hörmətli daxili işlər naziri Süleyman Soyludan bu məsələdə hərəkətə keçməsini xahiş edirik”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm