İsveçrə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Bizi izləyin

Nida Xəbər

İsveçrə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

İsveçrə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib.

Bu barədə Trend-ə İsveçrə Konfederasiyasının Xarici İşlər üzrə Departamenti deyib.

Departament bildirib: "İsveçrə Konfederasiyası heç vaxt nə Dağlıq Qarabağın müstəqilliyini tanıyıb, nə də Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb".

İsveçrə Konfederasiyası Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazda vəziyyətin normallaşdırılmasına maneə törətdiyini düşünür, departament qeyd edib: "Buna görə, çox vacibdir ki, Madrid prinsiplərinin təqdim olunduğu andan ATƏT-in Minsk qrupunun himayəsi altında əldə olunmuş irəliləmə riskə məruz qalmasın. İsveçrə Konfederasiyası Dağlıq Qarabağda müharibə nəticəsində yaranan humanitar vəziyyətdən narahatdır".

Bundan başqa, İsveçrənin dövlət strukturunda qeyd ediblər ki, xarici ölkələrə səfərlər üzrə öz tövsiyələrində Departament vətəndaşlarına Dağlıq Qarabağa səfər etməməyi tövsiyə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm