Vatikanın Xarici dövlətlərlə əlaqələr üzrə Katibi Azərbaycana gələcək
Bizi izləyin

Nida Xəbər

Vatikanın Xarici dövlətlərlə əlaqələr üzrə Katibi Azərbaycana gələcək

Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi Arxiyepiskop Paul Riçard Gallagher fevralın 9-12-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a erilən məlumata görə, səfər çərçivəsində Arxiyepiskop Paul Riçard Gallagherin xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü, Fəxri Xiyabana və Şəhidlər Xiyabanına, Müqəddəs Məryəm Katolik kilsəsinə, Təzəpir Məscidinə ziyarəti və başqa tədbirlərin təşkil edilməsi planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm