Nida Xəbər
Azərbaycanda 20 hakim işdən çıxarıldı
Prezident Administrasiyasına hüquq mühafizə və məhkəmə orqanlarının fəaliyyətinə dair daxil olan müraciətlərin sayı 2017-ci ildə xeyli azalıb. Lakin yol verdikləri nöqsan və pozuntulara görə bəzi şəxslərin vəzifə səlahiyyətlərinə xitam verilib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Süleyman İsmayılovun ötən ilin yekunları ilə bağlı yazdığı
məqaləsində bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə məhkəmə orqanlarının saflaşdırılması üçün ardıcıl tədbirlər görülüb, Məhkəmə-Hüquq Şurası tərəfindən birinci instansiya və apellyasiya məhkəmələrinin 115 hakiminin fəaliyyəti prinsipial qiymətləndirilib, nöqsan və pozuntulara yol verdiyinə görə 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilib, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakimi aşağı işə keçirilib.
Ümumiyyətlə, görülən tədbirlər nəticəsində məhkəmə orqanları və hakimlərin fəaliyyəti barədə Prezident Administrasiyasına son 5 ildə daxil olan müraciətlərin sayında azalma müşahidə olunur və 2017-ci ildə bu müraciətlərin sayı 2016-cı ilə nisbətən 14,4 faiz, 2013-cü ilə nisbətən isə 25,9 faiz azalıb.
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?