“Digər ölkələr “Bakı prinsipləri”ndən nümunə götürsünlər” - BMT nümayəndəsi
Bizi izləyin

Nida Xəbər

“Digər ölkələr “Bakı prinsipləri”ndən nümunə götürsünlər” - BMT nümayəndəsi

“BMT tövsiyə edir ki, Azərbaycan bərpa olunan enerjinin istehsalı üçün lazımi ləvazimatları elə ölkə daxilində istehsal etsin. Çünki Azərbaycanın külək və Günəş enerjisi istehsalı potensialı var”.

Publika.az-ın məlumatına görə, bu sözləri BMTİP-nin baş məsləhətçisi və MAPS proqramının (İnkişaf, sürətləndirmə və siyasət dəstəyi) müəllifi Ben Sley İnkişaf, sürətləndirmə və siyasət dəstəyi (MAPS) seminarında deyib.

Baş məsləhətçi Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri proqramında iştirakının ümumi hesabatını verib:

“Azərbaycan 2015-ci ilin sentyabrında BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri proqramına qoşuldu və onun prinsiplərini qəbul etdi. DİM-in 17 əsas məqsədi “heç kim diqqətdən kənarda qalmamalıdır” prinsipi, daha doğrusu, şüarı əsasında həyata keçirilir. Artıq BMT-nin DİM proqramı 25 ölkədə tətbiq olunur. Azərbaycanda 2015-ci ildən başlayan bu proses 2018-ci ildə də davam edir. Azərbaycanda DİM çərçivəsində, əsasən, inklüziv inkişaf, əmək bazarlarının artırılması və sosial vəziyyətin yaxşılaşdırılması mövzularına özəl diqqət yetiririk. Qeyd etmək istəyirəm ki, Azərbaycanın ilk sıralarda qoşulduğu bu proqrama UNİCEF, Beynəlxalq Əmək Təşkilatı, FAO kimi qurumlar da dəstək verir. İstərdik ki, Azərbaycan bundan sonra azad yol xərtiəsini tərtib etsin və daha sonra bu təcrübəsini başqa ölkələrlə bölüşsün. Bu ilin sentyabr ayında DİM-in regional müşavirəsi keçiriləcək. Biz çalışacağıq ki, proqramın digər üzv ölkələri məhz “Bakı prinsipləri”ndən nümunə götürsünlər”.

O, daha sonra sözlərinə belə davam edib: “Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Paris Sülh Müqaviləsinin prinsiplərinə əməl etməyə çalışır. Bu çərçivədə sülh müqaviləsinə uyğun olaraq bərpa olunan enerji mənbələri sahəsində işlər aparır. Ölkədə neft və qaz platforması iqtisadiyyatın özəyini təşkil edir. Tövsiyə edirik ki, Azərbaycan neftdən çox, külək və Günəş enerjisinə üstünlük versin, yeni su elektrik stansiyaları tikilsin. Əmin edirəm ki, bu inkişaf manatın məzənnəsinə də müsbət təsir göstərəcək”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm