Nida Xəbər
Rusiyalı musiqiçi Cocuq Mərcanlıda konsert vermək istəyir
Rusiya vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Dmitri Uvarovun adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb.
Xarici İşlər Nazirliyindən Publika.az-a verilən
məlumata görə, Rusiya Federasiyası vətəndaşı, “Sülh naminə musiqi”
layihəsinin üzvü, musiqiçi Dmitri Uvarov, Xarici İşlər Nazirliyinə
məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal
edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan
çıxarılmasını xahiş edib.
Məktubunda Dmitri Uvarov 2015-ci ildə “Sülh naminə musiqi” layihəsi
çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı
olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı
nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin
Azərbaycanı Respublikasına və xalqına qarşı heç bir halda
hörmətsizlik anlamı daşımadığını vurğulayıb.
Dmitri Uvarov Azərbaycan Respublikasının qanunlarına hörmət
etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan
hökuməti və xalqından üzr istədiyini qeyd edib.
O, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın
və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20.000-dən artıq insanın
həlak olduğunu qeyd edib.
Dmitri Uvarov həmçinin, “Sülh naminə musiqi” layihəsinin Bakıya,
xüsusilə, Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın
və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə
konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu ifadə
edib.
Dmitri Uvarovun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və
onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair
qərar qəbul edilib.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO