TürkPA Azərbaycanda prezident seçkilərini müşahidə edəcək
Bizi izləyin

Nida Xəbər

TürkPA Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) beynəlxalq müşahidəçilər missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.

TürkPA-dan bildirilib ki, təşkilat hər il seçkiləri müşahidə edir və bu il də müşahidə missiyası öz monitorinqini həyata keçirəcək.

Məlumatda deyilir ki, TürkPA bir qayda olaraq üzv olan hər dörd dövlətin seçkilərində müşahidə missiyasını yerinə yetirir: “Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işləri aparılır. Dörd üzv ölkədən müşahidəçilər gələcək”. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm