Dində babasil duası varmı? - Hacı Şahin CAVABLANDIRDI
Bizi izləyin

Nida Xəbər

Dində babasil duası varmı? - Hacı Şahin CAVABLANDIRDI

Xəbər verdiyimiz kimi, Azərbaycanda çap edilən dini kitablardan birində babasil xəstəliyinin müalicəsi üçün dua yer alıb. Babasil xəstəliyinin dua ilə müalicə edilməsi sosial şəbəkədə böyük əks-səda doğurub.

Publika.az bununla bağlı ilahiyyatçı, “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyini təsisçisi və sədri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi Hacı Şahin Həsənlinin fikirlərini öyrənib.

Hacı Şahin bildirib ki, hər hansı xəstəlikdən əziyyət çəkən insan ilk növbədə həkimə müraicət etməlidir:

“Belə duaların mənası o demək deyil ki, xəstə həkimsiz də sağala, sadəcə dua oxumaqla müalicə oluna bilər. Hədislərdə də qeyd olunub ki, Musa Peyğəmbər xəstələnəndə Allaha dua edirdi. Allahdan ona vəhy nazil olur ki, dərman qəbul etsin. Dərman qəbul etmədən dua etmək düz olmaz. Odur ki, bizi sağaldan vasitələrə müraciət etməliyik, eyni zamanda şəfanın Allahın əlində olduğunu unutmamalıyıq. Dua həkimə getməklə ziddiyyət təşkil etmir. Bu şəkildə Allaha müraciət etməklə biz üzərimizə düşən vəzifəni də icra etməliyik. Bu halda duanın oxunması səhv sayılmır. Amma tək dua oxumaqla istənilən xəstəliyin sağalacağına inanmaq və həkimə müraciət etməmək xurafatdır, yanlış düşüncədir”.

Hacı Şahin onu da bildirib ki, xəstəliklərlə bağlı bir neçə dua var:

“Bəzi dualar var ki, onların mənbəyi mötəbər deyil. Yəni peyğəmbərə istinadən deyil, kitablara sonradan əlavə edilib. Dediyiniz kitabda konkret hansı duanın yer aldığını bilmirəm. Amma ümumilikdə dinimizin məntiqi odur ki, Allahdan şəfa istəmək və dua oxumaq normal haldır. Bir şərtlə ki, insan sadəcə dua ilə kifayətlənməsin, xəstəliyinin sağalması üçün lazım olan addımlar atsın”.

Aytən

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm