Afrin əməliyyatı: Türkiyə qardaş Azərbaycanı belə qorudu
Bizi izləyin

Nida Xəbər

Afrin əməliyyatı: Türkiyə qardaş Azərbaycanı belə qorudu

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşəbbüsü ilə fevralın 15-də “Bölgədə durum və Afrin əməliyyatı” mövzusunda dəyirmi masa keçirilib.

Axar.az xəbər verir ki, toplantıda VHP sədri Sabir Rüstəmxanlı, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli, Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər, politoloq Elxan Şahinoğlu və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən VHP sədri S.Rüstəmxanlı terrorizmin Türkiyədə həm separatizm dalğasını gücləndirdiyini, həm də ölkənin iqtisadi-siyasi potensialının terrorla mübarizəyə sərf edilməsi ilə nəticələndiyini bildirib:

“Terrorun milləti, etnik mənsubiyyəti, insanlığı yoxdur. Dünya buna İŞİD-in timsalında bir daha şahid oldu. Azərbaycan da 30 ildir terrorizmdən əziyyət çəkən dövlətlərdəndir. Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlarda terrorçular yuva salıblar. Qardaş ölkə hər zaman ağır günlərində Azərbaycanın yanında olub. Ona görə də baş verənlərə biganə qalmamalıyıq və Türkiyənin yanında olduğumuzu bəyan etməliyik.

Türk hərbçisi sivil vətəndaşlara güllə atmır. Əməliyyat nəticəsində şəhidlərin sayının artması da bu amillə bağlıdır. Amma təəssüf ki, NATO dövlətləri terrora, terrorçulara gizli yolla dəstək verirlər. Türkiyənin yaxın müttəfiqi sayılan ABŞ terrorçuları silah-sursatla təmin edir. Həmin silahlar da Türkiyə xalqına, hərbçisinə qarşı çevrilir. Bu yaxınlarda da ABŞ Müdafiə Nazirliyi terrorçulara 500 milyon dollar ayırıb. Əslində, bütün bunların arxasında türk düşmənçiliyi dayanır”.

Politoloq E.Şahinoğlu Türkiyənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatlarının və regionda nüfuzunun artmasının Ermənistanı ciddi narahat etdiyini vurğulayıb.

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli isə bildirib ki, əgər “Zeytun budağı” əməliyyatı başlamasaydı, İraq və Suriyadakı kürdlər birləşərək Aralıq dənizinə, birbaşa okeana çıxış əldə edəcəkdilər.

Tədbirin sonunda bəyanat qəbul edilib. Bəyanatda deyilir:

“Türkiyəyə qarşı qurulmuş gizli planların Qafqaza, o cümlədən Azərbaycana təsir edəcəyi şübhə doğurmur. “Zeytun budağı” əməliyyatı ilə Türkiyə təkcə özünü deyil, həm də 30 ildən bəri terrorla üz-üzə dayanan, ərazilərinin 20 faizi separatçı-terrorçu qüvvələr tərəfindən işğal edilmiş Azərbaycanın və bənzər durumda olan digər dövlətlərin də maraqlarını qoruyur. Türkiyənin “Zeytun budağı” əməliyyatı çarəsizlikdən atılan bir addımdır. Çünki son illərdə Türkiyənin sərhədləri boyu gedən proseslər açıq-aşkar qardaş dövləti mühasirəyə almaq və dünyadan təcrid etmək məqsədi güdür. Terrorçu quruplaşmalar Güney Azərbaycanın da bir hissəsini içinə almaqla İraqın və Suriyanın şimalından Aralıq dənizinə kimi böyük bir bölgədə quracaqları çəmbərlə Türkiyəni qonşu dövlətlərdən ayırmaq, bununla yanaşı, qardaş dövlətin içində terroru və separatizmi gücləndirmək niyyəti güdür.

Terrorçuların ABŞ və qərb tərəfindən ardıcıl dəstəklənməsi, silahlandırılması Türkiyəni parçalamaq və dağıtmaq planlarının başlanğıcıdır”.

Bəyanatda həmçinin imperalist qüvvələrin dünyada yeritdiyi dağıdıcı siyasət və davamlı olaraq terror təşkilatlarına pul, silah yardımı etməsi diqqətə çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm