Nida Xəbər
XİN-dən ABŞ-ın xüsusi xidmət orqanlarının HESABATINA CAVAB
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ-ın xüsusi xidmət orqanlarının Dünya üzrə təhdidlərin qiymətləndirilməsi hesabatında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar əks olunmuş məsələlərə münasibət bildirib.
H.Hacıyev Publika.az-a bildirib ki, Ermənistanın güc tətbiq edərək Azərbaycan ərazilərinin işğalını davam etdirməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqda davam edir.
O qeyd edib ki, Ermənistanın Azərbaycan ərazilərini hərbi işğal altında saxlaması, işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllərini davam etdirməsi və ərazilərin ilhaq edilməsinə (anneksiya) cəhd göstərməsi şəraitində sülhdən danışması açıq riyakarlıq, məsuliyyətsizlik və qeyri-ciddi yanaşmadır:
"ATƏT Minsk qrupunun həmsədr ölkələri dövlət başçıları səviyyəsində dəfələrlə bildiriblər ki, mövcud status-kvo qəbuledilməzdir və qeyri-dayanıqlıdır. İşğala əsaslanan status-kvonun dəyişdirilməsi üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalı və nəticə etibarilə, münaqişənin siyasi həlli üçün hərbi risk amili aradan qaldırılmalıdır".
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO