Türkiyə və ABŞ-ın Suriya qərarı nə vəd edir? - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Türkiyə və ABŞ-ın Suriya qərarı nə vəd edir? - ŞƏRH

Türkiyə və ABŞ-ın Suriyada anlaşacağı ilə bağlı birmənalı fikir söyləmək hələ çox tezdir.

Bu sözləri Axar.az-a açıqlmasında politoloq, millət vəkili Rasim Musabəyov deyib.

“Hər halda, bu iki ölkə müttəfiq olsa da, Suriyada onların mövqeləri xeyli toqquşur. Təbii ki, nə Türkiyə, nə də ABŞ bu gərginliyin tərəflər arasındakı mütəffiqliyin pozulmasına qədər getməsində maraqlıdır. Belə olan halda dialoqun aparılması vacibdir. Tərəflər öz qırmızı xəttlərini göstərməlidir ki, istənilməyən ssenarilər həyata keçməsin”, - deputat bildirib.

R.Musabəyov tərəflərin Suriyada onların gözləntilərini qarşılayacaq mexanizmlərin hazırlanması barədə qərarına da aydınlıq gətirib:

“Türkiyənin Suriyada qoşunları var. Eyni zamanda, Amerikanın da kürdlərin olduğu ərazilərdə koalisiyası mövcuddur. “Mexanizmlər qurulmalıdır” dedikdə, ilk növbədə söhbət hansısa şəkildə rabitə əlaqəsinin qurulmasından və bu fonda bölgədə toqquşma risklərinin minimuma endirilməsindən gedir”.

Türkiyə Suriyada ABŞ-la anlaşarsa, buna Rusiyanın reaksiyasına gəlincə, deputat Ankara və Moskva arasında bu istiqamətdə mümkün gərginliyi istisna edib:

“Türkiyənin ABŞ-la ayrı, Rusiya ilə tamamilə fərqli münasibətləri var”.

Qeyd edək ki, ABŞ Dövlət katibi Reks Tillerson fevralın 15-də Türkiyəyə ikigünlük səfər edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm