Müsavat AKM-in mühacir adı ilə aldadaraq Fransaya apardığı 9 yaşlı Fatiməyə Azərbaycan SAHİB ÇIXDI
Bizi izləyin

Nida Xəbər

Müsavat AKM-in mühacir adı ilə aldadaraq Fransaya apardığı 9 yaşlı Fatiməyə Azərbaycan SAHİB ÇIXDI

Fransanın Laval şəhərində məskunlaşmış 9 yaşlı Fatimənin küçələrdə gecələməyə məcbur qalması barədə mətbuatda yayılan məlumat ictimaiyyətin narahatlığına səbəb olub.

Məlumatda iddia olunurdu ki, Fransanın Laval şəhərində qışın soyuğunda küçədə gecələməli olanlar arasında 9 yaşlı azərbaycanlı qız Fatimə də var. Yerli hakimiyyət evsiz-eşiksizlər üçün yardım mərkəzləri təşkil ediblər ki, burada onlar həm də isti yeməklə təchiz olunurlar. Fatimənin (soyadı göstərilmir) ailəsi də Pyer de Kuberten küçəsindəki mərkəzə gəlir. Fatimənin ailəsi Fransaya 3 il bundan əvvəl Azərbaycandan gəlib. Son 9 aydır ki, onlar küçədə gecələməli olurlar. Hər gecə onlar yatmaq üçün ayrı yer tapmağa məcburdurlar.

Məlumatın yayılmasından sonra redaksiyamız araşdırma aparıb. Müvafiq dövlət orqanlarına verdiyimiz sorğular Fatimənin ailəsinin miqrasiya səbəblərinin detallarını dəqiqləşdirməyə imkan verdi. Bəlli oldu ki, Fatimə soyuq iqlimin qurbanına çevrilməzdən qabaq onun ailəsi soyuqqanlı işbazların qurbanına çevrilibmiş.

Azərbaycan vətəndaşı 2009-cu il təvəllüdlü F.H. ailəsi ilə birlikdə 2015-ci ildə Müsavat Partiyasına bağlı olan və Avropada fəaliyyət göstərən Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM)-nin yardımı ilə saxta sənədlər əsasında Fransaya mühacirət edib. Heç bir siyasi fəaliyyətlə məşğul olmayan, siyasi partiya və təşkilatlarda təmsil olunmayan ailə müxtəlif vədlərlə aldadılaraq Laval şəhərində qaçqınlar üçün nəzərdə tutulmuş düşərgədə məskunlaşdırılıb.

Təəssüf ki, Fatimənin ailəsi yenə də AKM-çilərin "tövsiyəsi" əsasında küçələrdə gecələməyə məcbur olduqlarına dair təəssürat yaratmağa, beləliklə də yerli hakimiyyət orqanlarının diqqətini cəlb etməyə cəhd göstərib. AKM ailənin məlumatsızlığından və sadəlövhlüyündən istifadə edərək informasiyanın ictimailəşdiriləcəyi təqdirdə daimi yaşayış yeri ilə təmin olunacağına kömək göstərəcyini vəd edib. Qaçqın düşərgəsində yaşamaq istəməyən ailə bu vədlərə aldanaraq, həmin AKM-in maddi marağının qurbanına çevrilmişdir.

Xatırladaq ki, hələ 2015-ci ildə Müsavat Partiyasının sabiq üzvü, hazırda İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli Müsavat Partiyasının "vəsiqə və arayış biznesi" barədə yazı yazıb. E. Həsənli yazıda qeyd etmişdi ki ki, son 6 ayda 483 nəfərə Müsavat üzvü olmaqla bağlı arayış verilib.” Artıq neçə illərdir Müsavat rəhbərliyi, özəlliklə də Arif Hacılı və Gülağa Aslanlı, o cümlədən də onların ətraflarında olan bir sıra funksionerlər- Razim Əmiraslanlı, Səxavət Soltanlı, Rafiq İsmayıl (Sabunçu rayon təşkilatı), Vaqif Davud (Oğuz rayon təşkilatı), Nemət Kərimli (Binəqədi rayon təşkilatı) və bir neçə başqa rayon təşkilat sədrləri mühacirət biznesinə girişiblər.Mexanizm sadədir: Avropaya mühacirət etmək istəyən vətəndaşları ən müxtəlif yollarla tapırlar, onlarla cinayət əlaqəsinə girərək, öncə onları partiyaya üzv yazdırırlar, müəyyən say düzələndən sonra, piket, ya da mitinq təşkil edib, onların fotolarını çəkdirir, sənədlərini hazırlayıb pullarını alıb, Avropoya "müsavatçı" ixrac edirlər.Bu prosesdə onlara Avropada dəstək verənlər də var”. E . Həsənli həmin şəxslərin adlarını da yazmışdı: Stokholmda Əli Ağayev-, Hollandiyada Eldəniz Yusibov, Almaniyanın Maynz şəhərində Yusif Abiov, İsveçrənin Bazel şəhərində Qabil Rzayev.. İddia edilirdi ki, mühacirətə getmək istəyən vətəndaşlar sadə arayış üşün 800-1000 manat, İsa Qəmbərlə kabinetdə şəkil çəkdirmək istəyəndə 1500-2000 manat ödəməlidir.”Cəmi 3-4 gün sonra bu fotolar Avropa ölkələrindən birinin miqrasiya xidmətlərinə təqdim olunur”. AKM-in uğurundan sonra Avropada yaşayan kərimovçular AND (Azərbaycan Naminə Demokratiya) adlı alterntiv qurum yartamış, beləliklə, Müsavat və “Yurd” “Avropa bazarı uğrunda” savaşa girmişdilər.

Təbii ki, Azərbaycan dövləti hansı ölkədə yaşamasından, miqrasiya səbəblərindən, siyasi düşüncə və əqidəsindən asılı olmayaraq, öz ölkəsinə dönmək istəyən hər bir azərbaycanlı miqranta bütün zəruri yardımları etməyə hazırdır. Fatimə və ailəsinin Azərbaycana qayıtmaq arzusu olarsa, 9 yaşlı qıza dövlət bütün zəruri yardımları edəcək. Azərbaycanda bütün kateqoriyalardan, sosial təbəqələrdən olan vətəndaşlar, o cümlədən aztəminatlı ailələr üçün kifayət qədər çoxşaxəli layihələr həyata keçirilir. Hər bir vətəndaşın öz həyatını istədiyi kimi qurmaq imkanları var, dövlət tərəfindən ailə biznesinə dəstək məqsədilə kompleks tədbirlər görülür.

Amma hər halda bundan sonra vətəndaşlar da diqqətli olmalı, mühacirət biznesinin qurbanına çevrilməmək üçün ayrı-ayrı siyasi partiya və təşkilatların, onların nümayəndələrinin vədlərinə uymamalıdır. Avropanın heç bir ölkəsi, heç bir xarici vətəndaşa, o cümlədən azəraycanlılara cənnət bəxş etmir! Siz asanlıqla işbazların, orqan tacirlərin, bədən alverçilərinin qurbanına çevrilə bilərsiniz..

Hüquq mühafizə orqanlarının da sadə insanları yalan vədlərlə aldadaraq çətin vəziyyətə salan mühacirət biznesi işbazlarını ifşa etməsi, onların qanuna ziddi əməlləri haqda mütəmadı maarifləndirici məlumatlara çıxış etməsinə ehtiyac var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm