Məzahir Pənahov ATƏT və Aİ-nin nümayəndələri ilə seçkilərə hazırlığı müzakirə etdi
Bizi izləyin

Nida Xəbər

Məzahir Pənahov ATƏT və Aİ-nin nümayəndələri ilə seçkilərə hazırlığı müzakirə etdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) ehtiyacların dəyərləndirilməsi missiyasının nümayəndələri ilə görüşüb.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, nümayəndə heyəti Azərbaycanın seçki sistemi, seçki komissiyalarının fəaliyyət prinsipləri, seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində görülən işlər, eləcə də 2018-ci il aprelin 11-nə təyin edilmiş seçkilərə hazırlıqla maraqlanıb.

MSK-nın beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıq olduğunu və bu münasibətlərin Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında mühüm rol oynadığını vurğulayan MSK sədri ölkəmizin seçki sistemi barədə ətraflı danışıb.

M. Pənahov diqqətə çatdırıb ki, 2018-ci il aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar MSK tərəfindən təsdiq olunmuş Təqvim Planına əsasən intensiv şəkildə atılan addımlar ardıcıl və keyfiyyətlə gerçəkləşdirilir. Bütün bu tədbirlərin həyata keçirilməsində başlıca məqsəd isə Azərbaycan vətəndaşlarının seçki hüquqlarının daha səmərəli təmin olunmasıdır.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm