Nida Xəbər
Milli Məclis komitələri Ələtə görə toplandı
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclisdən Publika.az-ın xəbərinə görə, birinci oxunuşdan sonra qanun layihəsinə edilmiş əlavə və dəyişikliklər barədə məlumat verən Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov sənəddə redaktə xarakterli bəzi düzəlişlər aparıldığını bildirib.
Əsaslı dəyişikliklər Azad Zona səlahiyyətli qurumunun hüquq və
vəzifələrinə, idarə edilməsinə, developerin hüquq və vəzifələrinə,
Azad Zonada gömrük işi, sərhəd rejimi, əmək qaydaları və
mübahisələrin həlli qurumlarının qərarlarının icrasına dair
maddələrdə edilib. Azad Zonada işçi dili barədə maddəyə Azərbaycan
və ingilis dilləri ilə yanaşı “zərurət yarandıqda başqa dillər də”
işlədilə bilər ifadəsi əlavə olunub.
“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini yeni
başlanğıc kimi qiymətləndirən İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, qanun
layihəsi kifayət qədər mükəmməl hazırlanıb, dünya təcrübəsindəki ən
qabaqcıl qanunlara əsaslanıb, ölkəmizdəki iqtisadi qurumların
tövsiyələri sənəddə nəzərə alınıb. Bu qanun parlamentlə hökumət
arasında qarşılıqlı əməkdaşlıq nümunəsidir.
Müzakirələrdə deputatlar Əli Məsimli, İlham Əliyev, Rafael
Cəbrayılov, Vüsal Hüseynov, Milli Məclis Aparatının şöbə müdiri
Nizami Səfərov qanun layihəsi barədə müsbət fikirlərini ifadə
ediblər. Çıxışlarda qeyd və təkliflər də səslənib.
İclasda deputatları narahat edən məqamlara aydınlıq gətirildikdən
sonra “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ikinci
oxunuşda Milli Məclisin müzakirəsinə tövsiyə olunub.
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ