“Bu, amnistiyaya bərabər qanundur” - ƏLİ HÜSEYNLİ
Bizi izləyin

Nida Xəbər

“Bu, amnistiyaya bərabər qanundur” - ƏLİ HÜSEYNLİ

Dekabrın 1-dən bu günə qədər 4 min insan cəzasının yüngülləşdirilməsi məqsədilə müvafiq qurumlara müraciət edib.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. O bildirib ki, penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Prezidentin sərəncamından sonra Milli Məclis sədrinin tapşırığı ilə araşdırma aparılıb.

Komitə sədri deyib ki, bu müraciət əsasında 479 məhkum həbsdən azad edilib:

“585 məhkumun cəzası azaldılıb, 465 şəxs digər cəzalardan azad edilib, 59 nəfərin cəza çəkmə rejimi yüngülləşdirilib. Hazırda 1700 təqdimat mövcuddur və 5 mindən çox məhkumun müraciətinin qeydiyyata alınması nəzərdə tutulur. Qanunun icrasından sonra 1500-ə yaxın şəxsin azadlığa buraxılması və minlərlə şəxsin cəzasının yüngülləşdirilməsi gözlənilir. Bu, faktiki olaraq amnistiyaya bərabər qanundur”.

Milli Məclisin sədri Oqtay Əsədov isə qeyd edib ki, yaxın günlərdə Azərbaycan prezidenti tərəfindən əfv sərəncamı imzalanacaq:

“Bu yaxınlarda Azərbaycanda böyük sayda insanların əfv edilməsi gözlənilir. Doğrudur, bu, cənab prezident İlham Əliyevin səlahiyyətlərinə aid olan məsələdir. Əminik ki, bu, əfv sərəncamı imzalanacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm