Nida Xəbər
Azərbaycanlı tələbələr Tbilisidə Xocalı soyqırımı ilə əlaqədar aksiya keçiriblər
Gürcüstanın paytaxtı Tiflis şəhərinin mərkəzində “Xocalıya ədalət” aksiyası keçirilib.
APA-nın məlumatına görə, aksiya Rustaveli metro stansiyası yaxınlığında başlayıb.
“Borçalı İrəli” İctimai Birliyi, "Azərbaycanın dostları klubu" və Gürcüstanın Azərbaycanlı Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə baş tutmuş aksiyada Gürcüstanın azərbaycanlı gəncləri, tələbələri və ictimaiyyət nümayəndələri iştirak edib. Təşkilat rəhbəri Məhəbbət İmanov bildirib ki, aksiyanın keçirilməsində məqsəd Xocalı soyqırımı barədə Gürcüstan ictimaiyyətini məlumatlandırmaqdır.
Əllərində gürcü və ingilis dilində “Xocalıya ədalət” şüarının
yazıldığı plakatlar, Azərbaycan və Gürcüstanın bayraqlarını tutan
gənclər Rustaveli prospekti ilə Gürcüstan parlamentinin binasına
qədər yürüş edib. Yürüş boyu şəhər sakinlərinə və xarici qonaqlara
Xocalı soyqırımı barədə məlumatların əks olunduğu gürcü və ingilis
dillərində bukletlər paylanılıb.
Aksiyaya parlament binasının qarşısında “Xocalıya ədalət”,
"Qarabağa ədalət", "Abxaziya və Cənubi Osetiyaya ədalət" şüarları
ilə yekun vurulub.
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO