Nida Xəbər
Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti ilə görüşdü
Xarici işlər naziri Elmar MəmmədyarovAmerika Yəhudi Komitəsinin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycanın müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin sülh və harmoniya şəraitində birgə yaşadığı bir məkan olduğunu bildirərək multikulturalizm və tolerantlığın Azərbaycan xalqının ən böyük mənəvi sərvəti olduğunu vurğulayıb.
Son illər Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə həsr edilmiş çoxsaylı qlobal tədbirlərə ev sahibliyi etdiyini söyləyən nazir Elmar Məmmədyarov bu xüsusda ölkəmizin təşəbbüsü ilə keçirilən Beynəlxalq Humanitar Forum və Mədəniyyətlərarası və Dinlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edib.
Tərəflər bu kimi tədbirlərə ev sahibliyi edilməsini ölkəmizin dinlərarası və sivilzasiyalararası dialoqa verdiyi töfhənin təzahürü kimi qiymətləndiriblər.
Görüşdə Azərbaycanın İsrail ilə, eləcə də Amerika Yəhudi Konqresi və digər yəhudi təşkilatları ilə əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq vurğulandı. Ölkəmizdə yəhudi icmasına göstərilən dəstək və qayğıya görə öz təşəkkürünü bildirən qonaqlar ölkəmizdəki tolerantlıq mühitini yüksək qiymətləndiriblər.
Görüşdə həmçinin, əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK