Əli Həsənov: "Bizə mane olmasalar, bir həftəyə torpaqlarımızı azad edərik" - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Əli Həsənov: "Bizə mane olmasalar, bir həftəyə torpaqlarımızı azad edərik" - VİDEO - (YENİLƏNDİ)

Niderland Krallığının paytaxtı Amsterdamda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Avropa ölkələrində kütləvi tədbirlərin keçirilməsi, o cümlədən 31 Mart soyqırımının 100 illiyi ilə bağlı qitədə təbliğat işlərinə start verilməsi ilə bağlı müzakirələr keçirilir.

Publika.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, Avropa ölkələrindən toplanan diaspor təşkilatları, bir sıra ölkələrin siyasətçiləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirələr Avropa Azərbaycanlıları Konqresinin Amsterdamda bu gün baş tutan növbədənkənar qurultayı çərçivəsində olacaq.

Qurultayda Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycandan bir sıra aparıcı KİV-lərin rəhbərləri iştirak edir.

AAK prezidenti Sahil Qasımov bildirib ki, müzakirələr zamanı Azərbaycan prezidentinin “2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamına uyğun olaraq Avropa ölkələrində 100 illiyin qeyd edilməsi ilə əlaqədar tədbirlər planı qəbul ediləcək. Eyni tədbirlər planı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq qitə ölkələrində təbliğat işləri barədə qəbul olunacaq. Tədbirlər planında Avropa ölkələrinin rəsmi dairələrində soyqırımı ilə bağlı hüquqi sənədlərin tanınması, qanunverici orqanlarda sənədlərin müzakirəsi və s. məsələlər yer alır.

Əli Həsənov çıxışında bildirib ki. təhlükəsizlik bizim dövlət siyasətinin mühüm hissəsini təşkil edir.

PA rəsmisi Azərbaycanın hər il dövlət büdcəsindən üç-dörd milyard dolları bu məqsədlə ayırdığını bildirib: “Azərbaycan ordusu bölgənin texniki cəhətdən ən təmin olunmuş, döyüş qabliyyəti yüksək olan ordusu hesab edilir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu nəyə qadirdir. Əgər bu gün bizə mane olmasalar və yaxud biz ermənilərin Azərbaycan torpaqlarını azad etməyəcəyi qənaətinə gəlsək, qısa müddətdə - bir həftənin, bir ayın içində Azərbaycan torpaqlarını azad etmək gücündəyik . İnanın, buna bu gün ordumuzun həm milli iradəsi çatır, həm də ordudakı və Azərbaycan cəmiyyətindəki vətənpərvərlik hissi buna imkan verir. Həm də bütövlükdə texniki, hərbi hazırlığımız o səviyyədədir ki, 1 ayın içərisində Ermənistanın ərazisini götürə bilərik”.

Ə.Həsənov deyib ki, Azərbaycan millitarist siyasət yürütmür və yalnız öz torpaqlarını geri istəyir: “Biz qaçqın, köçkün vəziyyətinə gəlmiş 1 milyon qaçqınımızı öz doğma yurdlarına qaytarıb, o əraziləri yaşayış üçün bərpa etmək istəyirik. Gördünüz ki, Cocuq Mərcanlı qısa müddət ərzində necə bərpa oldu, yaşayış üçün müasir hala gətirildi”.

Qurultay Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm