İzmirdə Heydər Əliyevin büstü açıldı - - FOTO
Bizi izləyin

Nida Xəbər

İzmirdə Heydər Əliyevin büstü açıldı - - FOTO

Türkiyənin İzmir şəhərinin Karşıyaka rayonundakı Heydər Əliyev Parkında Ulu Öndərin büstünün açılışı olub.

Publika.az xəbər verir ki, açılış mərasimində rəsmi şəxslər, millət vəkilləri, yerli ictimaiyyətin tanınmış nümayəndələri, QHT və KİV təmsilçiləri, o cümlədən Qarabağ müharibəsi qaziləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Ulu öndər Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, millət vəkilləri Qənirə Paşayeva və Sona Əliyeva, Karşıyaka rayonun bələdiyyəsinin sədri Hüseyin Mutlu Akpınar, İzmirdəki Azərbaycan Mədəniyyət və Dayanışma Dərnəyinin sədri Mülazim Pahsa və başqalarının çıxışları dinlənilib.

Çıxışlarda ümummilli lider Heydər Əliyev şəxsiyyətinin ucalığından, Ulu Öndərin Azərbaycan və Türkiyənin inkişafı naminə həyata keçirdiyi beynəlxalq layihələrin əhəmiyyətindən, xalq arasında tükənməz nüfuzundan danışılıb. Vurğulanıb ki, yüksək şəxsi keyfiyyətləri ilə el məhəbbəti qazanan Heydər Əliyev təxminən yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətinin Azərbaycanın inkişafına və yüksəlişinə sərf edib. Gördüyü böyük tarixi işlərin nişanələri əsrlərə yadıgardır.

Qeyd edək ki, Karşıyaka rayonun bələdiyyəsi və İzmirdəki Azərbaycan Mədəniyyət və Dayanışma Dərnəyi arasında əldə olunan razılıq əsasında mövcud Heydər Əliyev Parkı yenidən qurulub və burada Ulu Öndərimizin büstü qoyulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm