Məzahir Pənahov Milli Şuranın mitinqindən DANIŞDI: Təşviqat prosesi başlayana qədər bunu etmək olmaz
Bizi izləyin

Nida Xəbər

Məzahir Pənahov Milli Şuranın mitinqindən DANIŞDI: Təşviqat prosesi başlayana qədər bunu etmək olmaz

“Təşviqat prosesi başlayana qədər təşviqat xarakterli heç bir addım atmaq olmaz. Bu, hamıya çoxdan məlumdur. Martın 19-dək edilən istənilən təşviqat qadağandır”.

Publika.az-ın xəbərinə görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Milli Şuranın martın 10-da planlaşdırılan mitinqinə münasibət bildirərkən deyib.

MSK sədri bildirib ki, bəzən bilərəkdən namizədə qarşı bu cür hallara yol verilir: “Bilərəkdən namizədlərin özü və ya tərəfdarlarının bunu etməsi ümumiyyətlə, anlaşılmazdır. Bəzən isə namizədi pis vəziyyətə salmaq istəyən tərəflər bu hala yol verirlər. Mərkəzi Seçki Komissiyası olaraq biz hər zaman bütün tərəfləri bu məsələlərdə diqqətli olmağa çağırırıq. Biz sivil cəmiyyətdə yaşayırıq. Hesab edirəm ki, seçicilərimiz məsələlərə düzgün qiymət vermək qabiliyyətindədir. Kimsə bu hala yol verirsə, öz seçicilərini də itirir”.

MSK sədri bildirib ki, qeyd etdiyi məqamlar ancaq seçkilərdə iştirak edən namizədlərlə bağlıdır: “Cəmiyyətin digər sahələrində baş verən proseslər digər qanunvericiliklə tənzimlənir. Kimsə fərqli məqsədlə küçəyə çıxıb seçki təbliğatı aparırsa, bununla qanunu pozur. Lakin seçki ilə bağlı hərəkətlər Mərkəzi Seçki Komissiyasının səlahiyyətindədir. Digər məsələlərə isə bizim fikir bildirmək səlahiyyətimiz yoxdur. Siyasi partiyalarımızın kifayət qədər təcrübəsi var. İnanmıram ki, kimsə bilərəkdən qanunun tələblərini pozsun”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm