MSK sədri Rusiyada prezident seçkilərini izləməyə GETMƏYƏCƏK - SƏBƏB
Bizi izləyin

Nida Xəbər

MSK sədri Rusiyada prezident seçkilərini izləməyə GETMƏYƏCƏK - SƏBƏB

“Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Azərbaycanda həmin vaxt təşviqat mərhələsi başlayır. Ona görə də mən Rusiyada prezident seçkilərini müşahidə edə bilməyəcəm”.

Publika.az-ın xəbərinə görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bununla bağlı Rusiya Mərkəzi Seçki Komissiyasının sədrinə məktub göndərib:

“Rusiyada prezident seçkilərinin müşahidəsində MSK üzvü və MSK-nın əməkdaşı iştirak edəcək. O cümlədən Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasının tərkibində MSK-nın nümayəndələri iştirak edəcək. ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının tərkibində də MSK-nın iki nümayəndəsi olacaq. MSK ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə 10 ildən çoxdur ki, əməkdaşlıq edirik və müxtəlif ölkələrdə keçirilən seçkilərdə bağlı formalaşdırdıqları missiyaların tərkibində MSK-nın nümayəndələri olur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm