Aynur Camalqızından MÜHÜM TƏKLİF: "Onlayn medianın qeydiyyatı..." - FOTO
Bizi izləyin

Nida Xəbər

Aynur Camalqızından MÜHÜM TƏKLİF: "Onlayn medianın qeydiyyatı..." - FOTO

"Reket jurnalistlərlə mübarizə qaydaları daha da təkmilləşdirilməli, yeni medianın tələblərinə uyğunlaşdırılmalıdır".

Publika.az xəbər verir ki, bu sözləri “Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı Mətbuat Şurasının VII qurultayında çıxışı zamanı deyib.

A.Camalqızı da vahid kart təklifini dəstəklədiyini açıqlayıb:

“Məndən əvvəl çıxış edən həmkarlarım Vüsalə Mahirqizi və Aqil Abbasın fikirləri ilə razıyam. Mətbuat Şurasının vahid kartdan istifadəsi reket jurnalistikasına qarşı ciddi mübarizə olardı. Bundan əvvəl isə qanunvericilik bazası təkmilləşdirilməli, yeni medianın tələblərinə uyğunlaşdırılmalıdır. Bu gün Azərbaycanda domen alıb media yaratmaq olduqca asandır. Hər kəs öz evində oturaraq, bir domen adını qeydiyyatdan keçirib media adına iddia edə bilər. Bütün bunlar medianı gözdən salmaqla yanaşı, həm də peşəkar jurnalistlərin fəaliyyətinə də kölgə salır”.

A.Camalqızı onlayn medianın qeydiyyat məsələsinə də toxunub:

“Düşünürəm ki, onlayn medianın qeydiyyat məsələsi də təkmilləşdirilməlidir. Bildiyimiz kimi, bu gün telekanalların fəaliyyətə başlaması üçün irəli sürülən tələblər kifayət qədər ciddidir. Hesab edirəm ki, bu tələblər onlayn media üçün də tətbiq edilməlidir. Belə olan halda biz reket jurnalitlərlə daha yaxşı mübarizə apara və onların fəaliyyətinin genişlənməsinin qarşısını ala bilərik”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm