Azər Həsrətdən SƏRT SÖZLƏR: "Xaricdən pul alanda medianın müstəqilliyinə xələl gəlmir, amma..."
Bizi izləyin

Nida Xəbər

Azər Həsrətdən SƏRT SÖZLƏR: "Xaricdən pul alanda medianın müstəqilliyinə xələl gəlmir, amma..."

“Bəziləri xaricdə və daxildə oturub iddia edirlər ki, dövlət mediaya dəstək verməməlidir, bu, medianın müstəqilliynə xələl gətirə bilər. Ancaq bunu deyən adamların özləri bir qayda olaraq xarici dövlətlərdən külli miqdarda pul alırlar, yüz minlərlə, milyonlarla dollar məbləğində yardım alırlar”.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan jurnalistlərinin VII qurultayında Mətbuat Şurasının İdarə heyətinin üzvü Azər Həsrət deyib.

A.Həsrət bildirib ki, həmin insanlar xarici ölkələrdən aldıqları bu yardımların qarşılığında Azərbaycan dövlətini tənqid etməklə məşğuldurlar, yaxud ölkə içində xaos yaratmağa xidmət edirlər:

“Mən də sual edirəm: necə olur ki, xarici dövlətdən maliyyə yardımı almaq medianın müstəqilliynə xələl gətirmir, amma bir insanın, bir vətəndaşın, jurnalistin öz dövlətindən aldığı dəstək medianın müstəqilliyinə xələl gətirir? Təbii ki, burada məntiq yoxdur, sadəcə olaraq o adamların məqsədi Azərbaycan mətbuatını və Azərbaycan dövlətinin media siyasətini gözdən salmaqdır. Bax bu cür məsələlərdə diqqətli olmalıyıq və çalışmalıyıq ki, o cür fikirlərlə cəmiyyəti çaşdırmaq, ajiotaj yaratmaq, manipulyasiya etmək istəyən insanların qarşısını birlikdə alaq”.

O qeyd edib ki, Azərbaycan dövlətinin mediaya verdiyi dəstəyin məqsədi heç də medianın müstəqilliyini əngəlləmək deyil, sadəcə olaraq medianın daha müstəqil, daha möhkəm dayaqlar üstündə dayana bilməsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm