ATƏT PA seçkilərlə bağlı xüsusi koordinator təyin etdi
Bizi izləyin

Nida Xəbər

ATƏT PA seçkilərlə bağlı xüsusi koordinator təyin etdi

ATƏT PA-nın Elm,Texnologiya, Ətraf mühit və İqtisadi məsələlər komitəsinin sədri portuqaliyalı parlamentar Nilza Sena ATƏT PA-nın Azərbaycanda keçiləcək prezident seçkiləri ilə bağlı qısamüddətli missiyasına xüsusi koordinator təyin olunub.

Publika.az APA-ya istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda deyilir.

Parlamentar hazırda ATƏT PA-nın prezidenti Georgi Tsereteli ilə birlikdə Azərbaycanda səfərdədir. O hazırda seçki ilə əlaqədar şəxslərlə, o cümlədən ATƏT DTİHB in müşahidə missiyası ilə görüşlər keçirir. Bildirilir ki, ATƏT PA seçki günü səsvermə prosesini izləmək niyyətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm