Nida Xəbər
XİN-in notasına CAVAB: “ABŞ Dağlıq Qarabağ rejimini tanımır”
"ABŞ-ın mövqeyi dəyişməyib. ABŞ digər ölkələr, o cümlədən Ermənistan da daxil olmaqla de-fakto Dağlıq Qarabağ rejimini tanımır".
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin səfir Robert
Sekutanın XİN-ə çağrılması və ona etriaz notasının təqdim olunması
ilə bağlı məlumatında bildirilib.
Səfirliyin məlumatında qeyd edilib: "Birləşmiş Ştatlar ATƏT-in Mink
qrupunun prosesini dəstəkləyir və münaqişənin Helsinki Yeku Aktı
prinsipləri - Gücdən istifadə olunmaması, ərazi bütövlüyü, bərabər
hüuqular və xalqların öz müqəddaratını təyinetmə prinsiplərinə
əsaslanan danışıqlar yolu ilə həll olunması üçün səylərini davam
etdirəcək".
Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış
qondarma rejimin "prezidenti" kimi özünü təqdim edən Bako Saakyan
ABŞ-a səfəri və ABŞ konqresinin inzibati binasında qondarma rejimi
təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı
səfiri Robert Sekuta XİN-nə çağırılıb, Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı
etiraz notası ona təqdim edilib. Həmçinin, Azərbaycan
Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş
keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...