Ermənistanda milli azlıqlar ayağa qalxdı
Bizi izləyin

Nida Xəbər

Ermənistanda milli azlıqlar ayağa qalxdı

Ermənistanda yaşayan milli azlıqlar yeni idarəetmə sistemindən və ölkədə baş verən dəyişikliklərdən narazıdırlar.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar öz şikayətlərini ölkə parlamentinin deputatlarına ünvanlanmış məktubda ifadə ediblər.

Məktubda qeyd edilir ki, ölkənin parlament respublikasına keçidi milli azlıqların əldə etdiyi hüquq və imkanları məhdudlaşdıracaq.

“İllər əvvəl milli azlıqlarla məşğul olan iki orqan yaradılmışdı: prezident administrasiyası yanında milli azlıqların milli-mədəni təşkilatlarını tənzimləyən şura (aktiv fəaliyyətdədir) və ictimai şuranın milli azlıqlar məsələləri üzrə komissiyasıdır (fəaliyyət göstərmir, ölü orqandır). Ancaq hazırda Ermənistan Respublikasının qanunvericiliyinə daxil edilmiş dəyişikliklər ümumiyyətlə, ona gətirib çıxarır ki, aktiv olan orqan ləğv olunur və ölü orqanı canlandırmağa çalışırlar. Milli azlıqların dövlətin müdafiə və qayğısına ehtiyacları var. Dövlət tərəfindən aktiv fəaliyyət göstərən bu qurum ləğv edilməklə milli azlıqlar hüquqlarından məhrum ediləcək”, - məktubda deyilir.

Milli azlıq nümayəndələri Ermənistan Ədliyyə Nazirliyinə müraciət edərək, onların hüquq və səlahiyyətlərini məhdudlaşdırmamağa çağırıb:

“Bizə aid olan qanunların layihələri Ədliyyə Nazirliyi tərəfindən işlənir. Sizə müraciət edirik ki, bizim statusumuz azaldılmasın və “Milli azlıqlar haqqında” qanun layihəsində Baş nazir yanında milli azlıqlar üzrə koordinasiya şurasının yaradılması əksini tapsın. Bu, sizin tərəfinizdən ləğv edilən koordinasiya şurasına bərabər olacaq. Ermənistan konstitusiyası Baş nazir yanında şuranın yaradılmasını məhdudlaşdırmır”.

Müraciəti Ermənistan prezident administrasiyası yanında Milli azlıqları tənzimləmə şurasının 14 üzvü imzalayıb.

İrina Saqradova - Qasparyan Aysor icması

İrina Poqosyan - Taboliç Belarus icması

Qalina Qavriloviç - Belarus icması

Viktor Vaxrer - Alman icması

Martin Minasyan - Alman icması

Liana Harutyunyan - Polşa icması

Dculia Dombayan - Polşa icması

Anna Harutyunyan - Ukrayna icması

Sergey Raçko - Ukrayna icması

Rima Varjapetyan - Yəhudi icması

Villi Vayner - Yəhudi icması

Aida Harutyunyan - Rus icması

Marina Kamisidi-Qalstyan Yunan icması

Svetlana Namçevadze - Gürcü icması

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm