Diaspor nümayəndəmiz ABŞ-da Ermənistanı İFŞA ETDİ - FOTO
Bizi izləyin

Nida Xəbər

Diaspor nümayəndəmiz ABŞ-da Ermənistanı İFŞA ETDİ - FOTO

“Separatçı Dağlıq Qarabağ rejiminə dəstək adlı tədbirin keçirildiyi konqresin kiçik otağa girə bilməsək də, otaqdan çıxan amerikalı konqresmenlərə bunun yanlış olduğunu bildirdim”.

Publika.az-ın xəbərinə görə, bu sözləri Amerikada yaşayan diaspor fəalı Vüqar Şahbazlı deyib.

“Bununla yanaşı, Amerika Konqresinin əsas “Kennedi” zalında keçirilən dünyanın ən böyük yəhudi lobbi təşkilatlarından olan “Aqudathın” təşkilatının tədbirində iştirak etdim. Amerikanın nüfuzlu senatorlarına, konqresmenlərlə Azərbaycan və Dağlıq Qarabağ haqqında söhbət etmək imkanım oldu. Vaşinqtonda keçirilən tədbirlərin birində tanıdığım və Azərbaycanı dəstəkləyən konqresmen dostumuz Mr. A.G (onun adını müəyyən səbəblərdən açıqlamaq istəmirəm) və onun köməkçilərinə təşəkkür edirəm ki, bu tədbirdə iştirakıma şərait yaratdılar. Tədbir vasitəsilə Ermənistan rejiminin Qarabağda törətdiyi soyqırımı siyasəti haqqında Amerikanın tanınmış siyasətçilərinə ətraflı məlumat verə bildim”.

V.Şahbazlı Bako Saakyanın tədbirinə dəstək verənlərə birbaşa məktub göndərdiyini söylədi: “Qondarma Dağlıq Qarabağ rejiminin “prezidenti”nin konqresdəki tədbirinə birbaşa köməklik göstərən və video müraciətlə çıxış edərək rejimin qondarma “yubiley”ini təbrik edən konqresmənlərin ofislərində olduq və etiraz məktubunu birbaşa onların ofis rəhbərlərinə verdik”, - deyə Vüqar Şahbazlı vurğuladı.

Elnur Eltürk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm