Bu mənəvi baxımdan böyük məsələdir - Əflatun Amaşov
Bizi izləyin

Nida Xəbər

Bu mənəvi baxımdan böyük məsələdir - Əflatun Amaşov

“Ölkəyə gətirilən hazır çap məhsulları, qəzet kağızının əlavə dəyər vergisindən azad edilməsi dövlət büdcəsinə böyük əskiklik gətirməyəcək”.

Publika.az-ın xəbərinə görə, bu sözləri millət vəkili Əflatun Amaşov Milli Məclisdə Hökumətin 2017-ci il hesabatına münasibət bildirərkən deyib.

Ə.Amaşov bildirib ki, bu sahəyə tətbiq edilən vergi maliyyə baxımdan çox cüzi bir rəqəm olsa da, mənəvi baxımdan böyük məsələdir:

“Ölkəyə gətirilən hazır çap məhsullarına qoyulan vergi dövlət büdcəsinə yarım milyona qədər vəsait gətirir. Bu rəqəm medianın iqtisadi durumuna əhəmiyyətli dərəcədə təsir edir. Medianın iqtisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya nəzərə alınmalıdır. Media tək ictimai deyil, strateji missiya da yerinə yetirir. Əgər bu məhsulları əlavə dəyər vergisindən azad etsək, ölkəyə çoxlu kitab, jurnal gətiriləcək. İnsanlar maariflənəcək, bunun nəyi pisdir?”

Millət vəkili bildirib ki, Vergi Məcəlləsinin 164.1.7-ci maddəsi bu məsələdə hüquqi bazanın da mövcud olduğunu göstərir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm