MSK sədri: "Prezidentimizin təşəbbüsü bu dəfə də seçkidə tətbiq ediləcək"
Bizi izləyin

Nida Xəbər

MSK sədri: "Prezidentimizin təşəbbüsü bu dəfə də seçkidə tətbiq ediləcək"

“Seçki prosesinin düzgün işıqlandırılmasında Kütləvi İnformasiya Vasitələrinin rolu önəmlidir. Daim media ilə birlikdəyəm. Azərbaycan mediası kimin dost, kimin düşmən olduğunu yaxşı ayırd edə bilir”.

Publika.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov "Seçkilərdə Kütləvi İnformasiya Vasitələrinin Rolu" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

M.Pənahov Azərbaycan KİV nümayəndələrinin seçkilərin işıqlandırılmasında peşəkarlaşdıqlarını və ölkələrinə kimin dost, kimin digər məqsədlə yaxınlaşmasını saf-çürük etdiklərinə şübhə ilə yanaşmadığını deyib: “Burada heç bir sirr yoxdur, hər zaman çalışmalıyıq ki, ölkədə idarəçilik sağlam qüvvələrin əlində olsun. Daim KİV-lə birlikdəyəm. Bu vaxta qədər KİV hər zaman işlərinin öhdəsindən layiqincə gəliblər. Bu seçkilərdə də eyni peşəkarlığı nümayiş etdirəcəklərinə inanıram”.

MSK sədri bildirib ki, bu gündən namizədlərin təbliğata başlayır.

“Seçkidə artıq finiş xəttinə çatmışıq, bugündən İctimai Televiziyanın efirində namizədlərin çıxışları başlanacaq. Namizədlərin arzuları nəzərə alınaraq radiodakı veriliş televiziyadan əvvəl keçiriləcək. Bununla bağlı qərar veriləcək. Təxminən müəyyən edəcəyik ki, debatlar radioda saat 19, televiziya saat 22 radələrində başlayacaq. Seçicilərin sayı 5 milyon 300 mindən çoxdur. Bura bütün Azərbaycan hüdudlarında və xarici ölkələrdə diplomatik nümayəndəliklərimizdə qeydiyyatda olanların sayı daxildir. Seçkidə nəzarət məqsədilə 115 beynəlxalq müşahidəçi qeydə alınıb. Demokratik seçkinin keçirilməsi üçün Seçki Məcəlləsi dünyada qəbul olunmuş prinsiplərə əsaslanmalıdır, seçkilərdə şəffaflığın əsas şərtlərindən biri seçki məntəqələrində veb-kameraların olmasıdır. Növbəti əsas şərt isə ölkə rəhbərliyinin seçkidə iradəsinin olmasıdır. Məntəqələrin 20 faizini kənardan müşahidə etmək mümkün olacaq. Bu artıq Azərbaycan təcrübəsi kimi dünyada qəbul edilir. Bu bir vaxtlar ölkə Prezidentinin təşəbbüsü olub, bu dəfə də seçkidə tətbiq ediləcək”.

Gülxar,

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm