Prezidentimiz dövlətimizin simvoludur və odur ki... - Aynur Camalqızından MÜHÜM TƏKLİF
Bizi izləyin

Nida Xəbər

Prezidentimiz dövlətimizin simvoludur və odur ki... - Aynur Camalqızından MÜHÜM TƏKLİF

“Biz media işçiləri olaraq seçkilərdə öz vəzifələrimizi yaxşı anlayırıq. Hər bir media qurumu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır”.

Publika.az-ın məlumatına görə, bu sözləri “Gündəlik Teleqraf” Media Qrumunun rəhbəri Aynur Camalqızı “Azərbaycan Respublikasının Prezident seçkilərində Kütləvi İnformasiya Vasitələrinin rolu və vəzifələri” mövzusunda keçirilən tədbirdə səsləndirib.

A.Camalqızı sosial mediada ölkə Prezidenti əleyhinə yayılan videomaterialların təəssüf yaratdığını diqqətə çatdırıb:

“Tədbirdə qanunların imkan verdiyi şəraitdə sosial mediada cəzaların tətbiq edilməsi məsələsinə toxunuldu. Bu mövzuda bir narahatlığımı sizinlə bölüşmək istəyirəm. Yutub sosial şəbəkəsində Azərbaycana aid istənilən məsələni araşdıranda ölkə rəhbərliyi ilə bağlı xoşagəlməz videolarla rastlaşırıq. Bu video-materiallarda təqdimat elə ifadələrlə verilir ki, küçədə eşitsək, dəhşətli təəssürat yaradar. Prezidentimiz artibutlarımız qədər dövlətimizin simvoludur. Buna hörmət etməyənlər qanunvericiliyə uyğun cəzalandırılmalıdır. Prezident İlham Əliyevin seçkilərdə namizəd kimi iştirak etməsi bu məsələdə həssaslığı ikiqat artırır. Hesab edirəm ki, müvafiq qurumlar Yutub kanallarında bu cür videoların silinməsi üçün addımlar atmalıdır. Bunun formasını dəqiq deyə bilmərəm, lakin bu məsələ diqqətdə saxlanmalı və lazımi ölçülər götürülməlidir”.

Gülxar,

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm