Nida Xəbər
Ordumuzun təminatla bağlı heç bir problemi yoxdur - MN
Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Novruz bayramı tədbirləri davam edir.
Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, son günlər keçirilən “Açıq qapı” günləri və digər bayram tədbirlərində iştirak edən minlərlə vətəndaşlarımız, dövlət, qeyri-hökumət və ictimai təşkilatların nümayəndələri, o cümlədən valideynlər hərbi hissələri ziyarət edərkən burada yaradılan sosial-məişət şəraitindən və təminatdan məmnun qalır, razılıqlarını bildirirlər.
Silahlı Qüvvələrimiz dövlətimizin və şəxsən Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin
hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ordunun
maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin, ərzaq, əşya,
eləcə də digər təminatının daha da yaxşılaşdırılması üçün böyük
işlər görülüb və bu istiqamətdə tədbirlər davam etdirilir.
Bu gün Ordumuzun təminatla bağlı heç bir problemi yoxdur. Hərbi
hissələrdə olarkən hər kəs bu istiqamətdə əldə etdiyimiz uğurların
şahidi olur. Bunu nəzərə alaraq bildiririk ki, hərbi hissələrə
ziyarət təşkil edilərkən əsgər normasından artıq və israfçılığa
səbəb olacaq təminat vasitələrinin toplanılmasına və gətirilməsinə
ehtiyac yoxdur.
Xalqımızın səmimi münasibəti, mənəvi dəstəyi, hərbi vətənpərvərlik
tədbirləri şəxsi heyətin döyüş ruhunun, qələbə əzminin daha da
möhkəmlənməsinə yetərlidir. Əsgərlərimizə mənəvi dəstək olan hər
kəsə dərin minnətdarlığımızı bildiririk.
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi