Nida Xəbər
Prezidentin köməkçisindən SƏRT SÖZLƏR: “Azərbaycanı söyməklə, Vətəninizə qarşı savaş açmaqla...”
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov xarici ölkələrdə anti-Azərbaycan kampaniyası aparan bir qrup şəxsə yenidən reaksiya verib.
Publika.az xəbər verir ki, Əli Həsəov Feysbuk hesabında “Xarici ölkələrdə anti-Azərbaycan kampaniyası aparan bir qrup şəxs haqqında ikinci status...” başlığı ilə paylaşdığı statusda bunları qeyd edib:
“Azərbaycan jurnalistlərinin Vll qurultayındakı çıxışımda və
facebook vasitəsilə bir həftə əvvəl paylaşdığım statusda xarici
ölkələrdə məskunlaşmış bəzi soydaşlarımızı milli-mənəvi
dəyərlərimizə, dövlət simvollarımıza hörmətlə yanaşmağa,
yaşadıqları ölkələrin müsbət nümunələrini əxz edərək opponentlərinə
qarşı yalan, şantaj, qeyri-etik və qeyri-əxlaqi davranış nümayiş
etdirməməyə çağırmışdım. Məqsədim, bir tərəfdən, siyasi mübarizə
meydanında son zamanlar bəhs olunan şəxslər tərəfindən başladılmış
və getdikcə genişlənən qeyri-əxlaqi mübarizə üsullarını aradan
qaldırmaq, digər tərəfdənsə, bu cür hərəkətlərin heç kimə şərəf
gətirməyəcəyinə, qeyri-əxlaqi davranış sahiblərinin xalqın
nifrətini qazanacaqlarına onları inandırmaq idi.
Mən hər bir insanın mahiyyətində və əxlaqında bir xeyir başlanğıcı
olduğuna inanıram və inandırmaq istəyirəm ki, bu və ya digər yad
təsirlər, şəxsi və ya siyasi uğursuzluqlar üzündən yaranmış hər
hansı kin-küdurət hissi azərbaycanlıların öz dövlətinə düşmən
kəsilməsi üçün səbəb ola bilməz. Müraciətim yayılandan sonra daxili
müxalifətin, xaricdəki diaspor fəallarının bu polemikaya
qatılacağını və indiki qeyri-normal halın aradan qaldırılması
yollarının müzakirə ediləcəyini gözləyirdim... Ancaq bu gün dərin
təəssüf hissi ilə bildirmək məcburiyyətindəyəm ki, Azərbaycan
dövlətinə, hakimiyyətə, ayrı-ayrı şəxslərə, o cümlədən də şəxsən
ölkə Prezidentinə və onun köməkçisi kimi mənə qarşı çirkin
kampaniya aparan həmin “insanlar” nəinki polemika mədəniyyətlərinin
olmadığını, həm də tərbiyə və əxlaq normalarından çox-çox uzaq
olduqlarını bir daha nümayiş etdirdilər...
Tam məsuliyyətimlə bəyan edirəm ki, cavabdeh olduğum sahədə çalışan
şəxslərin heç biri və heç vaxt öz opponentlərinin şərəf və
ləyaqətinə, milli-vətəndaş heysiyyatına toxuna biləcək leksikondan
istifadə etməyiblər və belə hərəkətləri həmişə sərt formada
qınayıblar. Biz həmişə istənilən şəxs, siyasi qurum və qüvvə ilə
istənilən platformada sivil polemikaya açıq olmuşuq və bu ğün də
buna hazırıq. Görünür, mədəniyyət, əxlaq, tərbiyə və şərəf barədə
anlayışları plintusdan da aşağı səviyyədə olan vidadi isgəndərli,
isa sadıqov, elşad abdullayev kimilərdən qısa müddətdə möcüzəli
transformasiya gözləmək əbəs imiş...
Bir də təkrar edirəm, insanlar təkcə bildikləri danışıq dilində
deyil, eyni zamanda malik olduqları mədəni-mənəvi keyfiyyətlərin
dili ilə danışırlar. İnsanın mahiyyəti nədirsə, davranış və
leksikonu da elədir... Böyük Füzulinin təbirincə desək, “kim nə
miqdar olsa, əhlin eylər ol miqdar söz”.
Jurnalistlərin son qurultayında ifadə etdiyim fikri bir daha, bu
dəfə ünvanlı şəkildə, mahiyyətcə düşük olanların diqqətinə
çatdırıram: özünüzə rəva görmədiyinizi başqasına da etməyin!
Ailəsinin şərəfini gözləyən hər bir şəxs başqasının ailəsini də
təhqir etməz! Özünə rəva görmədiyi ədəbsiz ifadələri başqası barədə
də işlətməz!
Əlbəttə, hazırda dünyanın bir parçası kimi, biz də virtual
informasiya mühitində, azad internet və demokratiya şəraitində
yaşayırıq. Siyasi mübarizə gedir və bundan sonra da davam
edəcəkdir. Sosial şəbəkələrdən qaçmaq mümkün deyil və görünən budur
ki, gələcəkdə də qaca bilməyəcəyik. Amma unutmaq olmaz ki, biz
azərbaycanlıyıq, öz adət-ənənəmiz, əxlaq və şərəf ölçülərimiz var.
Siyasi mübarizəni də həmin çərçivədə, cəmiyyətimizə,
vətəndaşlarımıza utanc gətirməyəcək formada, milli-mənəvi və əxlaqi
dəyərlərimizə uyğun şəkildə aparmalıyıq. Bu gün öz “siyasi
mübarizəsini” söyüş və təhqir üzərində quranlar tutduqları yolun nə
onların özlərinə, nə də ki, Azərbaycan cəmiyyətinə heç bir faydası
olmadığını anlamalıdırlar. Belələri başa düşməlidirlər ki, müxtəlif
fərziyyələrni mənim və hakimiyyəti təmsil edən digər şəxslərin
adına çıxmaqla, “trollar”, “məqsədli təhqir” və s. bu kimi ifadələr
ortaya atmaqla, heç kimə şərəf gətirməyən və sonu heç də yaxşı
olmayan işə baş qoşurlar. Onlara bu ziyanlı əməllərdən əl çəkməyi
tövsiyə edirəm.
Yenə də jurnalistlərin qurultayında ifadə etdiyim və bəziləri
tərəfinədən təhrif olunmuş şəkildə şərh edilən fikrimə qayıtmaq
istəyirəm: bu gün Azərbaycan dövlətinə və onun simvollarına,
hakimiyyət nümayəndələrinə, cəmiyyət üzvlərinə qarşı qeyri-əxlaqi
çirkab yağdıranlar xarici ölkələrin müvafiq orqanları qarşısında
xüsusi öhdəlik götürmüş ünsürlərdir. Belələri Azərbaycanın
sərhədlərini keçdikdən sonra pasportlarını bəlli dairələrə təhvil
verib xüsusi öhdəliklər götürür və sonra da öz dövlətlərinə qarşı
mübarizəyə sövq edilirlər. Əlbəttə, bu fikri xaricdəki bütün
soydaşlarımız haqqında söyləmək olmaz. Avropada yüz mindən çox
azərbaycanlı məskunlaşıb, onların 15-20 min nəfəri fəaldır və
ölkəmizin maraqlarını həmişə müdafiə edirlər. Hazırda söhbət
müxtəlif saxta yollarla Avropada siyasi sığınacaq almış və
anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan beş-on nəfərdən gedir.
Onlar iki əlin barmaqları ilə sayılacaq qədərdir... Mən üzümü məhz
onlara tuturam və söyləyirəm: Azərbaycanı söyməklə öz komfortlu
yaşayışınızı təmin etmək, İŞİD-in virtual versiyasını yaradaraq
Vətəninizə qarşı savaş açmaq insanlıq simasını itirmək deməkdir...
Düşünürəm ki, cəmiyyətimiz belələrinə sükutla yanaşmamalı,
diasporumuz, media nümayəndələrimiz, ictimai fəallarımız seyrçi
mövqe tutmamalıdırlar...
Düşünürəm ki, məskunlaşdıqları ölkələrdə digər çoxminli
soydaşlarımızdan nümunə götürərək, bu insanlar öz həyatlarını
qanunlar və əxlaq normaları çərçivəsində qursalar, Azərbaycandakı
qohum-əqrabaları da onlara görə utanmaz, əksinə, qürur
duyarlar....
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir