"Tibb müəssisələrində olan seçicilərin səs verməsi üçün lazımi şərait yaradılıb"
Bizi izləyin

Nida Xəbər

"Tibb müəssisələrində olan seçicilərin səs verməsi üçün lazımi şərait yaradılıb"

"Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində səhhəti ilə əlaqədar tibb müəssisələrində olan seçicilərin səs verməsi üçün lazımi şərait yaradılıb".

Publika.az Trend-ə istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev "Səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə Azərbaycan Respublikasının Prezidenti seçkilərinin təşkili" mövzusunda seminar müşavirədə çıxışı zaman deyib.

E.Ağayev bildirib ki, Səhiyyə Nazirliyi Azərbaycanda bütün seçkilərin şəffaf keçirilməsinə öz töhfəsini verib. O qeyd edib ki, prezident seçkilərində seçki günü on minlərlə insan xəstəxanalarda olacaq: "Onların səs verməsi üçün tibb müssisələrində seçki məntəqələri yaradılıb. Biz ötən seçkilərdə də tibb müəssisələrində olan insanların səsə verməsi üçün lazımi şərait yaratmışıq"/

E.Ağayev həmçinin seçiklərlə əlaqədar tibb işçilərinin maarifləndirildiyini diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm