Azərbaycandakı Türkmənistan vətəndaşları səs verirlər - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Azərbaycandakı Türkmənistan vətəndaşları səs verirlər - FOTOLAR

Azərbaycandakı Türkmənistan vətəndaşları Bakıda açılmış seçki məntəqəsinə gələrək Türkmənistan Məclisi deputatlarının, Halk Maslahatı (Xalq Məşvərəti) və Qenqeşlərin (Şuraların) üzvlərinin seçkilərində fəal iştirak edirlər.

Azərbaycanda müvəqqəti və daimi yaşayan Türkmənistan vətəndaşlarının seçkilərdə iştirakı məqsədilə bu gün səfirliyin ərazisində 1 №-li seçki məntəqəsi açılıb.

Saat 11.00-a olan məlumata əsasən, səsvermədə seçicilərin 60 faizdən çoxu iştirak edib.

Türkmənistanın Azərbaycandakı səfirliyində bütün Türkmənistan vətəndaşlarının öz süçki hüququnu həyata keçirilməsi üçün dünya standartlarına uyğun hər cür şərait yaradılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm