• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Azərbaycan millət vəkilinin dediyi ordunu yaratsa... - Politoloq

Azərbaycan millət vəkilinin dediyi ordunu yaratsa... - Politoloq

Prezidentliyə namizədlərdən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin 60 minlik peşəkar ordunun yaradılması fikri ilə tam razıyam.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, cəbhə xəttində yüksək vəzifə maaşı alan, ailələrinin yüksək sosial təminatları olan və həyatları sığortalanan peşəkar hərbçilər xidmət etməlidirlər:

"Bu, ilyarımlıq hərbi xidmət olmamalıdır, cəbhə bölgəsində xidmət edən peşəkar hərbçi bilməlidir ki, döyüş şəratində xidmətə görə təminatı yüksək səviyyədədir və istənilən an işğalçı ilə savaşda ölümlə üzləşə bilər.

Əlbəttə, bu o demək deyil ki, hərbi xidmətə çağrılan gənclərimiz döyüş praktikasından və barıt iyindən uzaq olmalıdırlar. Çünki döyüş sırası onlara da çata bilər, ancaq bütün hallarda lazımi anda hücuma keçənlər peşəkarlar olmalı və bu bizim itkiləri minimuma endirməlidir.

Yəni məqsəd düşmənin itkilərini artırmaqdır, peşəkar hərbçi bunu daha yaxşı bacarır.
Məsələn, bu gün düşmənə ən çox itki verən snayperlərimizdir, onlar xüsusi olaraq hazırlanır, demək bu bir peşədir. Məncə, əhalisi 10 milyona yaxınlaşan Azərbaycanda 60, hətta 100 min peşəkar hərbçi hazırlamaq problem deyil.

Bu say Ermənistanla (45 min) və Dağlıq Qarabağdakı hərbi birliklərin (20 min) cəminin sayından çoxdur".

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR