“Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradıldı
Bizi izləyin

Nida Xəbər

“Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradıldı

“Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılıb.

Publika.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Fərmana əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılıb. “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilib, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm