• USD 1,7000 0,00% EUR 2,0567 -0,75%
    • GBP 2,3990 -0,51% RUB 0,0236 -0,42%

Ticarət və xidmət obyektlərinin adını bildirən lövhələrə dair YENİ TƏLƏB

Ticarət və xidmət obyektlərinin adını bildirən lövhələrə dair YENİ TƏLƏB

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edib.

Publika.az xəbər verir ki, indiyə qədər birbaşa aid olduğu ticarət (xidmət) obyektlərinin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran lövhələr reklam daşıyıcıları hesab edilməyib.

Dəyişikliyə əsasən bundan sonra birbaşa aid olduğu ticarət (xidmət) obyektlərinin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 2 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam daşıyıcıları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilməyəcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR