“İçərişəhər”in strukturu dəyişdi
Bizi izləyin

Nida Xəbər

“İçərişəhər”in strukturu dəyişdi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu dəyişib.

Publika.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2018- ci il 1 fevral tarixli sərəncamı ilə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi təsis edilib. Sərəncama əsasən "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi və fəaliyyətinin təmin olunması üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə dövlət büdcəsindən əlavə 220 min manat vəsait ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm