Ağsaqqallar Şurası prezident seçkiləri ilə bağlı toplantı keçirdi - FOTO
Bizi izləyin

Nida Xəbər

Ağsaqqallar Şurası prezident seçkiləri ilə bağlı toplantı keçirdi - FOTO

Azərbaycan Ağsaqqallar Şurası 11 aprel prezident seçkiləri ilə bağlı yığıncaq keçirib.

İclasda çıxış edən Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Azərbaycanda seçkilərin nümunəvi keçirildiyini, demokratiyanın, insan haqlarının qorunduğunu deyib: "Əminəm ki, seçkilər uğurla keçiriləcək. Bu gün ağsaqqalların yığışmasının məqsədi ölkədə sabitlik, insanların dinc, xoşbəxt həyat sürməsi və Heydər Əliyev yolunun davam etdirilməsinin zəruriliyini gənclərə, əhaliyə ağsaqqal sözü ilə çatdırmaqdan ibarətdir. Ölkə inkişaf edirsə, bu, gənclər üçündür. Ölkənin gələcəyi gənclərin gələcəyidir".

Azərbaycanın dinlərarası, mədəniyyətlərarası, millətlərarası münasibətlərdə nümunəvi ölkə kimi tanındığını vurğulayan F. Heydərov bildirib ki, Azərbaycan bugünkü inkişaf və tərəqqi səviyyəsinə görə dünya dövlətlərinin hamısından fərqlənir.

Tədbirdə çıxış edən Ağsaqqallar Şurasının sədr müavini Teymur Bünyadov 11 apreldə keçiriləcək seçkilərin demokratik şərtlərə cavab verdiyini söyləyib. O, Heydər Əliyevin təməlini qoyduğu siyasi yolun uğurla davam etdirildiyini nəzərə çatdırıb.

Tədbirdə çıxış edən Ağsaqqallar Şurasının digər üzvləri də hər kəsi seçkilərdə fəal iştirak etməyə çağırıblar. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm