Uşaqları aparıb Şaumyana baş əydirir və... - MİLLƏT VƏKİLİ
Bizi izləyin

Nida Xəbər

Uşaqları aparıb Şaumyana baş əydirir və... - MİLLƏT VƏKİLİ

“Vaxtı ilə uşaqları pionerə keçəndə 26 Bakı Komissarı abidəsinin qarşısına aparır, Şaumyana baş əydirir və boyunlarına qalstuk taxırdılar. Bu gün sevinirəm ki, belə bir hal yoxdur və tarixi həqiqətlər ortaya çıxıb. Müstəqillik bu baxımdan da əhəmiyyətlidir”.

Publika.az bildirir ki, bu fikirləri parlamentdə deputat Tahir Kərimli səsləndirib.

O deyib ki, Şamaxıda nənəsinin qohumlarının nəslini qırıblar:

“Dediklərim tarixdə oxuduqlarım deyil, nənə və babalarımdan eşitdiklərimdir. Ağsuda insanlar erməni daşnaklarının əlindən Göyçay istiqamətinə qaçırdılar. Yolda ölənlər oldu. Göyçay məscidində insanları qırdılar. Babam 70 il yaşadı və ölənə qədər qardaşını axtarırdı. Onun qardaşı şəhid olmuşdu. Biz rus xalqını sevirik. Ancaq həqiqətlər də var. O vaxt da, indi də xalqımızın düşmənləri olub. Təəssüflər olsun ki, zamanında malakanlar da bu işdə ermənilərlə əməkdaşlıq edib”.

Deputat mart soyqırımı qurbanları ilə bağlı abidə qoyulması məsələsinin qaldırılmasını dəstəkləyib:

“Hesab edirəm ki, soyqırımı ilə bağlı muzey, abidə də olmalıdır və bu möhtəşəmliyinə görə, xüsusi seçilməlidir. Bu mənada aparılan müzakirələrdən razıyam. Təklif edirəm ki, bu gün qəbul edəcəyimiz bəyanat BMT-də rəsmi sənəd kimi paylanılsın. Biz bilməliyik ki, genosid cinayətinə baxılmayacaq. Artıq Beynəlxalq Cinayət Məhkəməsi neçə illərdir ki, belə cinayətlərə baxmır. Amma fəaliyyətimizi davam etdirməliyik. Ermənilər Şamaxıda 80 yaşlı ağsaqqalın gözlərini çıxardıblar. Hər yerdə bizi qırıblar. Şamaxıda, İrəvanda, Bakıda hamımızı türk olduğumuz üçün qırıblar. Biz də birləşməliyik, bir olmalıyıq”.

Cavad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm