Milli Məclis bəyanat YAYDI - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Milli Məclis bəyanat YAYDI - (YENİLƏNDİ)

Milli Məclisdə keçirilən ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasda bəyanat qəbul olunub.

Publika.az-ın məlumatına görə, bəyanatın mətnini Milli Məclisin sədr müavini Bahar Muradova səsləndirib.

Bəyanatda deyilir: “1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırım cinayətlərindən 100 il keçir.

O dövrdə Bakı şəhərində, eləcə də Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakinin etnik-dini mənsubiyyətinə görə məhv edilməsi, yaşayış məntəqələrinin dağıdılması, mədəniyyət abidlərinin, məscidlərin, qəbiristanlıqların yerlə-yeksan edilməsi “Böyük Ermənistan” xülyası naminə erməni şovinistlərinin xalqımıza qarşı mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən birini təşkil edir.

Bakı quberniyasında başlanan kütləvi qətllər və talanlar, daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə davam etdirilmişdir. 100 minlərlə azərbaycanlı erməni şovinistlərinin vəhşilik əməllərinin qurbanı olub”.

Bəyanatda Dağlıq Qarabağın ermənilərin tərəfindən işğalı vurğulanıb, insanların qətlə yetirildiyi, işgəncələrə məruz qaldığı bildirilib.

Milli Məclis tərəfindən beynəlxalq təşkilatlara, dünya dövlətlərinə ünavanlanan müraciətdə qeyd edilib:

1.Gələcəkdə erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törədikləri soyqırım cinayətlərini tanısınlar.

2. Gələcəkdə soyqırım cinayətlərinin cəzasız qalmamasının təsirli beynəlxalıq hüquq mexanizmlərinin yaradılması işini başa çatdırsınlar.

3. Azərbaycan xalqına qarşı yeni soyqırım cinayətlərinə yol verilməməsi üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqaşisənin beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında ədalətli həllinə kömək göstərsinlər.

Daha sonra bəyanat səsverməyə çıxarılaraq qəbul olunub.

Cavad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm