Nida Xəbər
MSK seçkilərdə vebkameralardan istifadəni təsdiqlədi
2008-ci ildən etibarən Azərbaycanda seçkilərədə vebkameraların tətbiqinə başlanılıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov MSK-da seçkilərdə vebkameralardan istifadə edilməsi ilə bağlı məsələnin müzakirəsi zaman deyib.
N.Məmmədov bildirib ki, bu çox unikal təcrübədir ki, Azərbaycan istifadə edir. O qeyd edib ki, hələ də bir sıra ölkələr var ki seçkilərdə vebkamera ilə müşahidə aparılmasına icazə vermir.
N.Məmmədov deyib ki, 6 seçki dairəsi istisna olmaqla qalan 119 seçki dairəsi kameralarla əhatə olunub. O qeyd edib ki, vebkameralar 20 faiz seçki məntəqələrində birbaşa izləmə imkanları yaradır. Ümumilikdə min seçki məntəqəsində kameralar quraşdırıldığını diqqətə çatdıran N.Məmmədov vurğulayıb ki, bu, seçkilərdə müşahidə aparan qurumların işini xeyli asanlaşdırır: “Min mətəqədə müşahidə aparmaq üçün gərək müşahidə aparan qurumun ən azı min əməkdaşı olsun, lakin vebkameralar bu işi xeyli asanlaşdırır”.
MSK sədrinin müavini vurğulayıb ki, vebkameraların digər müsbət tərəfi odur ki, seçkilərlə bağlı şikayət və müraciətlər vebkameralar vasitəsilə araşdırılır, vebkameralardan əldə olunan görüntülər məhkəmə baxışına da təqdim edilə bilir.
Daha sonra seçkilərdə vebkameraların istifadə edilməsi məsələsi səsə qoyulub və MSK üzvləri tərəfindən təsdiq edilib. (trend)
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB