"Cəmiyyət nə baş verdiyinin fərqindədir"
Bizi izləyin

Nida Xəbər

"Cəmiyyət nə baş verdiyinin fərqindədir"

Sosial şəbəkələrdə bəzi anti-ünsür dairələrin Azərbaycan hakimiyyətinə, dövlətinə və insanlarına qarşı təhqiramiz ifadələr səsləndirməsi yeni deyil. Ümumiyyətlə, bu yeni başlamış bir proses deyil. Sadəcə olaraq, burada forma dəyişib.

Publika.az bildirir ki, bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, bu, zaman-zaman Azərbaycana qarşı aparılan çirkin, qərəzli, düşünülmüş kampaniya və siyasətin davamı olan bir prosesdir: "Sadəcə olaraq, indi variant dəyişilib. Əvvəllər başqa variantdan istifadə edirdilərsə, indi tamam başqa variantdan istifadə edirlər. Təbii ki, bundan sonra da yəqin ki, başqa metodlara əl atacaqlar.

Burada əsas mühüm fakt ondan ibarətdir ki, bu cür kampaniyalar gedən vaxtda (istər 2012, 2015, 2017-ci ildə) bizim cəmiyyət bu kampaniyanın anti-Azərbaycan, anti-milli xarakter daşıdığını bildi və ona vahid mövqedən cavab verməyi başladı. Bizim üçün əsas olan faktor budur ki, cəmiyyət nə baş verdiyinin fərqindədir və ona layiqli cavab verməyi başlayır. Amma mən prosesin bitdiyini düşünmürəm. Çünki bu kampaniya bu gün başlamayıb, əksinə Azərbaycanın tam müstəqillik dövründən başlamış bir kampaniyadır. Dünən olub, bu gün var və sabah da olacaq. Əsas odur ki, biz ona layiqli cavab verə bilək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm