“Onları bütün Azərbaycan xalqı pisləyir” - MİLLƏT VƏKİLİ
Bizi izləyin

Nida Xəbər

“Onları bütün Azərbaycan xalqı pisləyir” - MİLLƏT VƏKİLİ

“Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra ictimai, siyasi, iqtisadi sahələrdə inkişaf edib. Bu gün Azərbaycan dünyada sözünü deyən dövlət kimi tanınır, ən aparıcı dövlətlərin liderləri ölkəmizdə aparılan siyasətə müsbət münasibət bildirir”.

Publika.az-ın məlumatına görə, bu sözləri millət vəkili Ziyad Səmədzadə Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bu gün Azərbaycan transmilli, irimiqyaslı layihələri ilə qitələri birləşdirir:

“Təsadüfi deyil ki, Bakıda keçirilən ən mötəbər görüşlərə dünyanın siyasi liderləri, mötəbər insanlar gəlir. Dövlətimizin apardığı siyasət bəzi qüvvələr tərəfindən qısqanclıqla qarşılanır və siyasətinə qarşı iyrənc fikirlər səsləndirirlər. Son vaxtlar xalqımıza qarşı müxtəlif sosial şəbəkələrdə əsassız fikirlər yayırlar. Onların ölkəmizə qarşı apardığı siyasəti bütün Azərbaycan xalqı pisləyir. Bizim xalqımızın ən böyük nailiyyəti xalq və dövlət birliyinin təmin edilməsidir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm