Tahir Kərimli müxalifətə müxalif olmasının SƏBƏBİNİ AÇDI
Bizi izləyin

Nida Xəbər

Tahir Kərimli müxalifətə müxalif olmasının SƏBƏBİNİ AÇDI

“Əvvəlki və indiki iqtidarın dövründə bir dəfə də olsun əxlaqdan, qanundan kənar söz deməmişəm. Bu gün müxalifətdə olanlara ona görə müxalif olmuşam ki, onlar bugünkü hakimiyyətə yarınmağa çalışıblar. Bir nəfər mənə göstərin ki, iqtidarlın xeyrini görməyib, parlamentdə oturub xeyir də görüblər”.

Publika.az-ın məlumatına görə, bu sözləri millət vəkili Tahir Kərimli Milli Məclisin bugünkü iclasında dilə gətirib.

Millət vəkili onu da vurğulayıb ki, bugünkü müxalifət illərdir heç bir ideoloji mübarizə aparmır:

“Bu gün olublar, qəhrəman, radikal müxalifət. Buna kim inanar? Bu gün hansı müxalifət partiya sədri bəyan edib ki, mən Azərbaycanda siyasi sabitliyi təmin edə bilərəm. Heç buna cürət də edib bəyan edə bilməz. On ildən artıqdır ki, heç ideoloji mübarizə də yoxdur. Heç kim deyə bilməz ki, onlardan biri hakimiyyətə gəlib prezident olsa, Azərbaycan Suriyanın halına düşə bilməz. Ancaq söyüb, təhqir edirlər. Belə söyüşlər yaramaz. Xalqın, vətənin xeyrinə dediyimiz sözlərə baxmadan söyürlər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm