Azərbaycanda yeni medal TƏSİS EDİLDİ
Bizi izləyin

Nida Xəbər

Azərbaycanda yeni medal TƏSİS EDİLDİ

Azərbaycanda "Gəmiçilik sahəsində xidmətlərə görə" medalı təsis olunub.

Publika.az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsinə əsasən, "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycanda gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu şəxslər təltif ediləcəklər.

Layihə səsverməyə qoyularaq qəbul edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm