Ukrayna azərbaycanlıları bəyanatla çıxış etdilər
Bizi izləyin

Nida Xəbər

Ukrayna azərbaycanlıları bəyanatla çıxış etdilər

Ukraynadakı soydaşlarımız adından bəyanatla çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi Avropa ölkələrinə mühacirət etmiş bəzi azərbaycanlıların ölkəmizin imicinə xələl gətirmək cəhdlərini pisləyiblər.

Publika.az xəbər verir ki, bu gün Azərbaycan xalqının ən ağrılı dərdi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsindən narahat olduqlarını vurğulayan bəyanat müəllifləri Azərbaycan dövlətinin bütün imkanlardan istifadə edərək bu münaqişənin sülh yolu ilə həllinə nail olacağına ümid edir və bu istiqamətdə üzərlərinə düşən hər bir öhdəliyi, vicdanla yerinə yetirməyə çalışdığını qeyd edir.

Ukraynadakı soydaşlarımız bildirir ki, Azərbaycanın iqtisadi cəhətdən inkişafı, siyasi gücünün artması, bir sıra nüfuzlu beynəlxalq təşkilatlara üzvlüyü, xüsusilə bu təşkilatlarda əhəmiyyətli tərəfdaş kimi qəbul edilməsi ölkəmiz haqqında dolğun informasiya formalaşdırır: “Lakin bu imicə xələl gətirməyə çalışan bəzi soydaşlarımız fərqində deyillər ki, düşünülməmiş addımları ilə şübhəli çağırışlara cavab verərək Vətənimizi gələcək taleryini, beynəlxalq imicini nə dərəcədə şübhə altına almış olurlar” – deyə bəyanatda qeyd olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm